Rusiyada 190 karatdan çox çəkidə nadir almaz tapılıb
Rusiyanın Arxangelsk vilayətində iri həcmli almaz aşkar edilib.
Crossmedia.az xəbər verir ki, "Agd Diamonds" şirkətinin TASS-a verdiyi məlumata görə, tapılan almazın çəkisi 190,08 karat təşkil edir.
Bildirilib ki, bu tapıntı şirkət tərəfindən 2026-cı ildə çıxarılan üçüncü müstəsna böyük almaz hesab olunur.
Şirkət nümayəndələri qeyd edib ki, belə ölçüdə almazların aşkarlanması nadir hallarda baş verir və bu, regionun zəngin təbii resurs potensialını bir daha təsdiqləyir.
06:40 07.05.2026
Oxunuş sayı: 44