Türkiyə İndoneziyaya “KIZILELMA” PUA-larının ixracı barədə müqavilə imzalayıb
"Baykar" İndoneziya ilə pilotsuz döyüş texnologiyalarının ixracına dair yeni və genişmiqyaslı müqavilə imzalayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Razılaşmaya əsasən, İndoneziya “KIZILELMA” pilotsuz döyüş təyyarələrinin tədarükünü həyata keçirəcək. İlkin mərhələdə 12 təyyarədən ibarət eskadronun çatdırılması planlaşdırılır, gələcəkdə isə bu sayın 48-nə qədər artırılması imkanı nəzərdə tutulur.
Müqavilə çərçivəsində İndoneziyada yerli istehsal və texniki xidmət mərkəzinin yaradılması da gündəmdədir. Layihənin 2028-ci ildən etibarən icrasına başlanacağı bildirilir.
Türkiyənin Müdafiə Sənayesi Rəhbərliyinin rəhbəri Haluk Görgün bildirib ki, bu, “KIZILELMA” platforması üzrə ilk ixrac müqaviləsidir və müdafiə sənayesi üçün tarixi addım hesab olunur.
“Baykar”ın icraçı direktoru Haluk Bayraktar isə sazişi həm şirkət, həm də Türkiyə müdafiə sənayesinin qlobal mövqeyi baxımından mühüm mərhələ kimi qiymətləndirib.
20:51 06.05.2026
Oxunuş sayı: 49