Tramp İranda rejimin dəyişiləcəyinin anonsunu verib
ABŞ Prezidenti Donald Tramp İranla bağlı geniş açıqlama verərək ölkədəki vəziyyət və etirazçılar barədə fikirlər səsləndirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, İran xalqı silahlanmış olsaydı, rejimə və digər güclərə qarşı daha effektiv müqavimət göstərə bilərdi. Tramp iddia edib ki, silahsız insanların ağır silahlı qüvvələrlə qarşı-qarşıya qalması qəbuledilməz vəziyyətdir və bu balanssızlıq böyük itkilərə səbəb olur.
ABŞ Prezidenti bildirib ki, onun fikrincə, silahlanma halında İran xalqı istənilən qüvvə ilə mübarizə aparacaq gücdə ola bilər. O əlavə edib ki, etirazların ilk mərhələlərində ciddi insan itkiləri baş verib və bu vəziyyətin onu narahat etdiyini vurğulayıb.
Trampın açıqlaması regionda gərginlik və İranın daxili siyasi vəziyyəti ilə bağlı müzakirələrin yenidən artdığı bir dövrə təsadüf edir.
20:18 06.05.2026
Oxunuş sayı: 2719