ABŞ ilə İran arasında mümkün razılaşmanın yeni detalları məlum olub
ABŞ və İran arasında uranın zənginləşdirilməsi ilə bağlı uzunmüddətli moratoriumun tətbiqi müzakirə olunur.
Crossmedia.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, tərəflər 10 ildən artıq müddətə uranın zənginləşdirilməsinin dayandırılması barədə razılaşma imkanını nəzərdən keçirirlər.
Müzakirə olunan bir səhifəlik planın əsas bəndlərinə aşağıdakılar daxildir:
Hərbi əməliyyatların dayandırılması və əsas mübahisəli məsələlər, o cümlədən İranın nüvə proqramı üzrə 30 günlük danışıqlar dövrünün başlanması; İran aktivlərinin dondurulması və Hörmüz boğazı bölgəsində təhlükəsizliyin təmin edilməsi; həmçinin zənginləşdirilmiş uran ehtiyatlarının İrandan çıxarılması məsələsinin gündəmə gətirilməsi.
Planın hələlik müzakirə mərhələsində olduğu və rəsmi razılaşmanın əldə olunmadığı bildirilir.
19:53 06.05.2026
Oxunuş sayı: 48