Zelenskidən ŞOK AÇIQLAMA: Putin müharibədən çox paradı düşünür
Ukrayna Prezidenti Volodimir Zelenski Baş Kəşfiyyat İdarəsinin rəisinin hesabatından sonra Rusiya rəhbərliyi ilə bağlı sərt açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Zelenski bildirib ki, Rusiya Prezidenti Vladimir Putin ölkəsinin ümumi təhlükəsizlik vəziyyətindən daha çox Moskvada keçiriləcək hərbi paradla bağlı narahatlıq göstərir.
Onun sözlərinə görə, Rusiya son həftələr Moskva ətrafında hava hücumundan müdafiə sistemlərini gücləndirir və bəzi bölgələrdən bu sistemləri paytaxta köçürür. Ukrayna lideri bunu Moskvanın atəşkəsə hazırlaşmadığının göstəricisi kimi qiymətləndirib.
Zelenski, həmçinin qeyd edib ki, digər regionlarda müdafiə sistemlərinin zəiflədilməsi Ukraynaya uzaq məsafədən zərbələr endirmək üçün əlavə imkanlar yarada bilər.
19:00 06.05.2026
Oxunuş sayı: 45