ABŞ-nin sülh təklifi İran tərəfindən rədd edilə bilər - İDDİA
ABŞ və İran arasında müharibənin dayandırılması ilə bağlı təklif ətrafında ziddiyyətli məlumatlar yayılıb.
Crossmedia.az bu barədə "Tasnim" xəbər agentliyinə istinadən xəbər verir.
Məlumata görə, Vaşinqtonun irəli sürdüyü təklifdə Tehran üçün qəbuledilməz şərtlər yer alır. İran hələlik bu təşəbbüsə rəsmi cavab verməyib.
Eyni zamanda, Amerika mediasında yaxın vaxtlarda memorandumun imzalana biləcəyi ilə bağlı xəbərlər yayılsa da, İranın mövqeyi qeyri-müəyyən olaraq qalır.
Agentliyin mənbəsi iddia edir ki, ABŞ-də aparılan informasiya kampaniyası Prezident Donald Tramp tərəfindən “Azadlıq Layihəsi” əməliyyatının başa çatması ilə bağlı səsləndirilən fikirləri əsaslandırmağa yönəlib.
18:33 06.05.2026
Oxunuş sayı: 48