ŞOK İDDİA: İran 228 ABŞ hərbi obyektini vurdu
ABŞ və İsraillə müharibə fonunda İranın Yaxın Şərqdəki fəaliyyətinə dair yeni iddia ortaya çıxıb.
Crossmedia.az xəbər verir ki, "The Washington Post" nəşrinin peyk görüntülərinin təhlilinə istinadən yazdığına görə, müharibə başlayandan bu yana İran regionda yerləşən ən azı 228 Amerika hərbi obyektinə və texnikasına zərbələr endirib.
Məlumata görə, hücumlar əsasən ABŞ-nin Yaxın Şərqdəki hərbi mövcudluğunu hədəf alıb və müxtəlif bazalarla yanaşı, hərbi texnika da zərər görüb. Nəşr qeyd edir ki, bu rəqəmlər açıq mənbələr və peyk məlumatlarının müqayisəli təhlili əsasında müəyyənləşdirilib.
Rəsmi Vaşinqton və Tehran tərəfindən məsələ ilə bağlı hələlik geniş şərh verilməyib.
18:12 06.05.2026
Oxunuş sayı: 46