Ermənistanda Avropa liderləri arasında mühüm görüşlər keçirilib
Böyük Britaniya, İtaliya, Kanada, Norveç, Polşa, Ukrayna, Finlandiya və Fransa liderləri, eləcə də Avropa Komissiyası, Avropa Şurası və NATO İrəvanda Avropa Siyasi Birliyi çərçivəsində görüş keçiriblər.
Crossmedia.az xəbər verir ki, bu barədə Böyük Britaniya Baş naziri Keir Starmerin ofisi açıqlama verib.
Görüş zamanı onlar dron istehsalının artırılmasını müzakirə ediblər.
Bəyanatda deyilir: "Ukraynanın dron təcrübəsini əsas götürərək, qrup həmçinin Avropada uzunmüddətli təhlükəsizliyi artırmaq üçün yeni texnologiyalar təmin etmək məqsədilə müdafiə sənayesi əməkdaşlığını sürətləndirmək imkanlarını müzakirə edib".
19:29 04.05.2026
Oxunuş sayı: 52