Slovakiya Ukraynanın Aİ-yə üzvlüyünü dəstəkləyir
Slovakiya Ukraynanın Aİ-yə daxil olmasını dəstəkləyir və bu yolda kömək etməyə hazırdır.
Crossmedia.az xəbər verir ki, bu barədə Volodimir Zelenski İrəvanda Slovakiyanın baş naziri Robert Fitso ilə görüşdə deyib.
Zelenski Ukraynanın Slovakiya ilə konstruktiv dialoqa hazır olduğunu və ölkələr arasında güclü münasibətlərin inkişafında maraqlı olduğunu vurğulayıb.
19:16 04.05.2026
Oxunuş sayı: 45