Almaniya Litvada tank briqadası yerləşdirir
Almaniya Litvada yeni tank briqadasının yaradılmasına başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Plan çərçivəsində təxminən 5 min hərbçinin NATO-nun şərq cinahına yerləşdirilməsi nəzərdə tutulur.
Məlumata görə, bu addım Baltik regionunda təhlükəsizlik təminatını gücləndirmək və NATO-nun müdafiə potensialını artırmaq məqsədi daşıyır.
Layihə çərçivəsində Almaniya Silahlı Qüvvələrinin bölmələri Litvada daimi və ya uzunmüddətli əsasda yerləşdiriləcək.
Qərarın Rusiya ilə gərginliyin artdığı dövrdə verildiyi bildirilir. NATO rəsmiləri bu təşəbbüsün alyansın şərq sərhədlərinin müdafiə qabiliyyətini gücləndirəcəyini vurğulayırlar.
17:36 04.05.2026
Oxunuş sayı: 50