Cevdet Yılmaz və Paşinyan görüşüb
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Avropa Siyasi Birliyinin 8-ci Zirvəsi çərçivəsində İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüş keçirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Görüş zamanı tərəflər ikitərəfli münasibətlərin normallaşması, regional əməkdaşlıq və nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı məsələlərini müzakirə ediblər.
Qeyd edək ki, Avropa Siyasi Birliyinin Zirvəsi region ölkələri arasında siyasi dialoqun genişləndirilməsi baxımından mühüm platforma hesab olunur.
17:34 04.05.2026
Oxunuş sayı: 47