SEPAH Hörmüz boğazında yeni nəzarət zonasını elan edib
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazı ilə bağlı yeni nəzarət sərhədlərinin müəyyən edildiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Bəyanatda bildirilir ki, İran Silahlı Qüvvələri boğazda genişləndirilmiş dəniz zonasını özünün nəzarət və idarəçiliyi altında hesab edir.
Məlumata görə, yeni cənub sərhədi İranda yerləşən Mübarək dağı ilə Birləşmiş Ərəb Əmirliklərinin Fuceyrə şəhərinin cənub hissəsi arasındakı xətt üzrə müəyyən edilib.
Qeyd olunur ki, qərb sərhədi isə İranın Qeşm adası ilə BƏƏ-nin Ümm əl-Küveyn əmirliyi arasındakı xətt boyunca təyin olunub.
Beləliklə, Tehran Hörmüz boğazında əməliyyat nəzarətində hesab etdiyi dəniz zonasını genişləndirdiyini elan edib.
17:15 04.05.2026
Oxunuş sayı: 42