Bu hadisə 5 ildən sonra ilk dəfə İrəvanda baş verdi
Gürcüstanın baş naziri İrakli Kobaxidze və Ukrayna Prezidenti Volodimir Zelenski son beş ildə ilk dəfə İrəvanda görüş keçirib.
Crossmedia.az bu barədə gürcü mediasına istinadən xəbər verir.
Məlumata görə, görüş Avropa Siyasi Birliyinin sammiti çərçivəsində baş tutub. Danışıqlar Ukrayna tərəfinin təşəbbüsü ilə reallaşıb və əsas müzakirə mövzusu iki ölkə arasında münasibətlər olub. Görüşdə hər iki ölkənin xarici işlər nazirlərinin də iştirak etdiyi bildirilib.
Qeyd olunur ki, Gürcüstan və Ukrayna hökumət nümayəndələri 2021-ci ildən bəri yüksək səviyyədə görüş keçirmirdilər. Sonuncu dəfə həmin il avqustda Kiyevdə o vaxtkı Gürcüstan baş naziri İrakli Qaribaşvili Zelenski ilə görüşmüşdü.
2022-ci ilin fevralında Qaribaşvili Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarını milli maraqlarla əsaslandırmışdı. Həmin ilin martında isə Zelenski Gürcüstanın sanksiya mövqeyinə görə Tbilisidəki səfirini geri çağırmışdı. Bu addım daha sonra Gürcüstan daxilində də geniş müzakirələrə səbəb olmuşdu.
17:15 04.05.2026
Oxunuş sayı: 47