ABŞ hərbi gəmisinə raket zərbəsi endirilib
Cask adası yaxınlığında ABŞ-a məxsus hərbi gəmi iki raketin hədəfinə çevrilib.
Crossmedia.az xəbər verir ki, bu barədə xəbəri "Fars News" agentliyi yayıb.
Bildirilir ki, gəmi Hörmüz boğazı istiqamətində hərəkətdə olarkən atəşə məruz qalıb. Hadisənin İranın əvvəlki xəbərdarlıqlarına baxmayaraq baş verdiyi qeyd olunur.
Məlumata əsasən, hücumdan sonra gəmi marşrutunu davam etdirə bilməyib və geri dönərək ərazini tərk etmək məcburiyyətində qalıb.
15:18 04.05.2026
Oxunuş sayı: 48