Ermənistan rəsmisi: Sülh prosesi üçün praktiki addımlara keçmək lazımdır
Ermənistan Xarici İşlər Nazirliyinin müavini Vahan Kostanyan bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh danışıqlarında artıq görüşlər və müzakirələr mərhələsindən real addımlar mərhələsinə keçmək vacibdir.
Crossmedia.az bu barədə erməni mediasına istinadən xəbər verir.
O qeyd edib ki, son dövrlərdə tərəflər arasında aparılan müzakirələr müəyyən müsbət dinamika yaratsa da, razılaşmaların icrası və praktiki nəticələr əsas prioritet olmalıdır. Kostanyan vurğulayıb ki, Ermənistan sülh sazişinin imzalanmasına hazırdır və bu istiqamətdə dialoqu davam etdirir.
Onun sözlərinə görə, regionda sabitliyin təmin olunması üçün qarşılıqlı anlaşma və konkret nəticələrə yönəlmiş addımlar zəruridir. Kostanyan əlavə edib ki, son illərdə əldə olunan razılaşmalar artıq kağız üzərində qalmalı deyil, real həyata keçirilməlidir.
12:23 04.05.2026
Oxunuş sayı: 51