İran Hörmüz boğazında gəmiyə raket zərbəsi endirib
İran körfəzdən keçməyə çalışan daha bir gəmiyə raket zərbəsi endirdiyini açıqlayıb. Məlumata görə, bununla yanaşı İranın gəmilərə qarşı raketlərdən istifadəyə başladığı bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Hadisənin ABŞ-nin Hörmüz boğazında elan etdiyi “Azadlıq Layihəsi” əməliyyatına cavab kimi qiymətləndirildiyi qeyd olunur.
İran tərəfi isə bəyan edib ki, hər hansı xarici qüvvə, xüsusilə ABŞ ordusu Hörmüz boğazına yaxınlaşacağı təqdirdə hücuma məruz qalacaq. Bu barədə İranın “Xatəm əl-Ənbiya” qərargahı xəbərdarlıq edib.
11:00 04.05.2026
Oxunuş sayı: 50