Vilayəti Trampın İrana qarşı təhdidlərini tənqid edib
İranın ali rəhbərinin müşaviri Əli Əkbər Vilayəti ABŞ Prezidenti Donald Trampın İrana qarşı səsləndirdiyi təhdidləri tənqid edib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Vilayəti “X” hesabında paylaşım edərək Trampın dünya üzrə real iqtisadi və siyasi vəziyyəti düzgün dərk etmədiyini və mövcud geosiyasi reallığı dəyişmək gücündə olmadığını bildirib.
O, ABŞ qoşunlarının Almaniyadan çıxarılması ehtimalı, NATO-nun zəifləməsi və ABŞ hərbi gəmilərində yaranan texniki problemləri “Ağ Evin illüziyalarının süqutu” kimi qiymətləndirib.
İran rəsmisi Trampın mümkün aclıqla bağlı xəbərdarlıqlarına da münasibət bildirərək, qlobal ərzaq təhlükəsizliyi və Hörmüz boğazından keçən strateji tədarük zəncirinin İranın nəzarətində olduğunu qeyd edib.
“Cənab Tramp! Siyasət dünyası Cek Sparrou filmi deyil. Dünyanın həyati arteriyası ilə oynayan hər kəs özünü çıxılmaz vəziyyətdə tapacaq”, – deyə Vilayəti vurğulayıb.
09:53 04.05.2026
Oxunuş sayı: 48