Estoniyadan NATO-ya xəbərdarlıq: Rusiya sərhədə qoşun toplayır
Estoniya Rusiyanın sərhəd yaxınlığında hərbi qüvvələr cəmləşdirdiyini bildirərək NATO-nu xəbərdar edib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Rəsmi Tallinin yaydığı məlumata görə, son dövrlərdə Rusiya tərəfindən sərhəd zonasında qoşun və hərbi texnikanın hərəkətində artım müşahidə olunur. Bu vəziyyətin regional təhlükəsizlik baxımından narahatlıq doğurduğu qeyd edilib.
Estoniya tərəfi NATO müttəfiqlərini diqqətli olmağa çağıraraq, yaranmış vəziyyətin yaxından izlənildiyini vurğulayıb.
09:30 04.05.2026
Oxunuş sayı: 46