Hörmüzdə gərginlik artır: İran ABŞ-yə sərt xəbərdarlıq etdi
İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sədri İbrahim Əzizi ABŞ-yə sərt xəbərdarlıq edib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
O bildirib ki, ABŞ-nin Hörmüz boğazının yeni dəniz rejiminə hər hansı müdaxiləsi atəşkəsin pozulması kimi qiymətləndiriləcək.
Əzizi vurğulayıb ki, Hörmüz boğazı və Fars körfəzi “Trampın illüziya postları” ilə idarə olunmayacaq. Onun sözlərinə görə, baş verə biləcək gərginliklərdə günahı başqalarının üzərinə atmaq cəhdlərinə də heç kim inanmayacaq.
09:25 04.05.2026
Oxunuş sayı: 51