Böyük Britaniya 90 milyard avroluq kredit təşəbbüsünə qoşulmaq istəyir
Böyük Britaniya Ukraynanın müdafiə sənayesini dəstəkləmək məqsədilə 90 milyard avroluq Avropa kredit təşəbbüsünə qoşulmaq üçün danışıqlara başlayacaq.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Keir Starmerin ofisi məlumat yayıb.
Bildirilib ki, Baş nazir Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində çıxışı zamanı Böyük Britaniyanın Avropa İttifaqı ilə birgə fəaliyyət göstərmək niyyətində olduğunu açıqlayacaq.
Qeyd olunub ki, Londonun məqsədi Ukraynanın zəruri hərbi texnika ilə təmin olunmasına dəstək verməkdir.
08:00 04.05.2026
Oxunuş sayı: 46