Ermənistanda seçki mənzərəsi: Paşinyan öndə olsa da, koalisiya ehtiyacı gündəmdə qalır
Ermənistanda keçiriləcək parlament seçkiləri öncəsi siyasi partiyaların reytinqləri açıqlanıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir, sorğulara əsasən, baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Mülki Müqavilə Partiyası 26.7% dəstək ilə birinci yerdədir. Lakin bu nəticə mütləq çoxluq üçün kifayət etmir və partiyanın koalisiyaya ehtiyac duya biləcəyi bildirilir.
İkinci yerdə 14.1% ilə “Güclü Ermənistan – Rusiya ilə ittifaq” platforması, üçüncü yerdə isə 8.2% ilə Robert Koçaryan-ın rəhbərlik etdiyi “Ermənistan İttifaqı” qərarlaşıb.
Daha sonra 7.9% səs ilə “Çiçəklənən Ermənistan” partiyası və 7.6% ilə Milli İnkişaf Partiyası gəlir.
Sorğuya görə, bu partiyalardan üçü birləşərsə ümumilikdə təxminən 30.2% səs toplaya bilər. Nəticələrdə həm qərbyönümlü, həm də Rusiyaya yaxın siyasi qüvvələrin təxminən eyni səviyyədə dəstək aldığı qeyd olunur.
Eyni zamanda respondentlərin 53%-i ölkədə siyasi vəziyyətin gərgin olduğunu bildirib, 2/3 hissə isə Ermənistanın balanslı xarici siyasət aparmasını dəstəkləyib.
23:30 03.05.2026
Oxunuş sayı: 47