İordaniya Suriya ərazisinə zərbə endirib
İordaniya sərhəd bölgələrində silah və narkotik qaçaqmalçılığının qarşısını almaq məqsədilə Suriya ərazisinə hava hücumları həyata keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, hücumlar Suriyanın cənubundakı Suveyda bölgəsində bir neçə nöqtəni hədəf alıb.
Bölgənin əsasən druz icmasının yaşadığı ərazi olduğu, burada müxtəlif silahlı qrupların fəaliyyət göstərdiyi və bəzi iddialara görə xarici tərəflərlə əlaqələrinin olduğu bildirilir.
22:35 03.05.2026
Oxunuş sayı: 48