İran rəhbərliyinə milyardlarla dollarla bağlı maliyyə iddiaları
İran rəhbərliyi gəlirləri gizlətmək və beynəlxalq sanksiyalardan yayınmaq üçün mürəkkəb maliyyə sxemlərindən istifadə edir.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, bu sxemlər neft gəlirləri də daxil olmaqla milyardlarla dollar həcmində pul axınlarını əhatə edir. Həmin vəsaitlərin İranın xarici siyasəti və hərbi proqramlarına yönəldildiyi bildirilir.
Məlumata görə, İran rəsmiləri müxtəlif ölkələrdə ofşor və “shell” şirkətlərdən istifadə edərək maliyyə əməliyyatlarının izini gizlətməyə çalışırlar. Bu fəaliyyətlər məqalədə çirkli pulların yuyulması üsulları kimi qiymətləndirilib.
Həmçinin İranın ali lideri Müctəba Xameneyi ilə bağlı iddialara da yer verilib. Bildirilib ki, o, beynəlxalq şəbəkə vasitəsilə təxminən 3 milyard dollar dəyərində sərvəti gizlətməkdə ittiham olunur.
22:15 03.05.2026
Oxunuş sayı: 48