Rusiya ordusu Ukrayna qüvvələrinə məxsus hərbi texnikanı məhv edib
Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinə məxsus texnikanın məhv edilməsi ilə bağlı məlumat yayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya Cənub Qüvvələr Qrupu bölmələri döyüş əməliyyatları zamanı düşmənə məxsus rabitə retranslyatorunu və 122 mm-lik D-30 haubitsasını sıradan çıxarıb.
Nazirliyin açıqlamasında bildirilir ki, Severesk istiqamətində artilleriya bölmələri kamuflyaj olunmuş hədəfi aşkar edərək dəqiq zərbələrlə məhv edib.
Bundan əlavə, pilotsuz uçuş aparatlarının operatorlarının Slavyansk istiqamətində Ukrayna qüvvələrinə məxsus rabitə avadanlığını aşkarlayaraq məhv etdiyi qeyd olunur.
15:22 03.05.2026
Oxunuş sayı: 51