Yaponiyalı deputat Rusiyaya səfər edib
Yaponiyanın hakim Liberal Demokrat Partiyasının deputatı Muneo Suzuki Rusiya ilə münasibətlərin yaxşılaşdırılması məqsədilə Moskvaya səfər edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, deputat səfər çərçivəsində Yaponiya Baş naziri Sanae Takaiçinin Rusiya ilə münasibətlərin əhəmiyyəti barədə mövqeyini rusiyalı rəsmilərə çatdırmağı planlaşdırır.
Suzuki qeyd edib ki, rəsmi Tokio ilə Moskva arasında münasibətlər hazırda İkinci Dünya müharibəsindən sonrakı ən gərgin dövrlərdən birini yaşayır. Onun sözlərinə görə, məqsəd keçmiş Yaponiya Baş naziri Şinzo Abe və Rusiya Prezidenti Vladimir Putin dövründə formalaşan gələcəyə yönəlmiş münasibətləri bərpa etməkdir.
Deputat həmçinin vurğulayıb ki, Yaponiya ilə Rusiya arasında sabit münasibətlər Şərqi Asiyada təhlükəsizliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Məlumata görə, səfər zamanı humanitar məsələlər və enerji əməkdaşlığı da müzakirə olunacaq. Suzuki Moskvada Rusiya rəhbərliyinin nümayəndələri ilə görüşlər keçirməyi planlaşdırır.
15:05 03.05.2026
Oxunuş sayı: 56