Moskvaya PUA hücumu olub
Rusiyanın paytaxtı Moskva istiqamətində uçan 4 pilotsuz uçuş aparatı zərərsizləşdirilib.
Crossmedia.az bu barədə rus mediasına istinadən xəbər verir.
Şəhərin meri Sergey Sobyanin bildirib ki, pilotsuz uçuş aparatların hücum cəhdinin qarşısı alınıb.
Rusiya Federal Hava Nəqliyyatı Agentliyi isə açıqlayıb ki, Vnukovo hava limanı təyyarələrin eniş və qalxışına müvəqqəti məhdudiyyətlər tətbiq edib.
11:45 03.05.2026
Oxunuş sayı: 2237