Tramp: İran kifayət qədər bədəl ödəməyib
ABŞ Prezidenti Donald Tramp İranla bağlı yeni açıqlama verib və bu ölkənin ABŞ-yə təqdim etdiyi tələblərin məqbul olub-olmadığını şübhə altına alıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Prezident bildirib ki, İranın göndərdiyi planı tezliklə nəzərdən keçirəcək, lakin onun qəbul edilə biləcəyinə inanmır. Tramp, həmçinin İranın son onilliklərdəki fəaliyyətlərinə də toxunaraq, bu ölkənin hələ kifayət qədər bədəl ödəmədiyini iddia edib.
Onun sözlərinə görə, məsələ ilə bağlı qərar planın detalları incələndikdən sonra veriləcək.
11:13 03.05.2026
Oxunuş sayı: 48