İsraildə Netanyahu əleyhinə aksiyalar başlayıb
İsrailin bir neçə şəhərində hökumət əleyhinə etirazlar başlayıb. Nümayişçilər İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi kabinetin siyasətinə etiraz edirlər.
Crossmedia.az TASS-a istinadən xəbər verir.
Məlumata görə , nümayişlər Qüds, Təl-Əviv və Hayfada keçirilir.
Qeyd olunub ki, iştirakçılar, digər məsələlərlə yanaşı, Qəzza zolağından silahlı HƏMAS radikallarının İsrailə hücum etdiyi oktyabrın 7-i 2023-cü il faciəsinin səbəblərini araşdırmaq üçün hökumət komissiyasının yaradılmasını tələb edirlər.
23:19 02.05.2026
Oxunuş sayı: 59