İran ABŞ-yə hərbi əməliyyatların daimi dayandırılması planını təqdim edib
İran Pakistan vasitəsilə ABŞ-ə hərbi əməliyyatların daimi dayandırılması planını təqdim edib və hazırda Vaşinqtonun cavabını gözləyir.
Crossmedia.az xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib.
Qəribabadi vurğulayıb ki, İran Pakistan vasitəçilərinin köməyi ilə müharibəyə son qoymaq üçün razılaşma planı təqdim edib və indi "top ABŞ-ın meydanındadır". Diplomatiya və qarşıdurmanın davam etməsi arasında seçim Vaşinqtonundur. Xarici işlər nazirinin müavini əlavə edib ki, Tehran bütün mümkün ssenarilərə hazırdır və Amerikaya qarşı etimadsız qalır.
21:44 02.05.2026
Oxunuş sayı: 58