FİFA 2026 Dünya Çempionatı üçün iki yeni qayda tətbiq edəcək
FİFA 2026-cı il futbol üzrə dünya çempionatı öncəsi meydançada nizam-intizamı gücləndirmək məqsədilə yeni qaydalar təqdim edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qurumun qərarına əsasən, qarşıdurmalar zamanı oyunçunun rəqibin ağzını əli ilə örtməsi artıq qırmızı vərəqə ilə cəzalandırılacaq.
Bundan əlavə, hakimin qərarına etiraz məqsədilə icazəsiz şəkildə meydanı tərk edən futbolçular da qaydalar çərçivəsində cəzalandırılacaq.
Yeni qaydaların turnirdə oyun intizamını artırmaq məqsədi daşıdığı bildirilir.
18:00 02.05.2026
Oxunuş sayı: 52