Polşanın baş naziri NATO ilə bağlı xəbərdarlıq edib
Polşanın baş naziri Donald Task ABŞ-nin Almaniyadan 5 min əsgər çıxarma qərarına münasibət bildirərək NATO daxilində gərginliklərin artdığını deyib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Task sosial şəbəkə hesabında qeyd edib ki, transatlantik cəmiyyət üçün əsas təhlükə xarici deyil, ittifaq daxilindəki parçalanma prosesidir.
Onun sözlərinə görə, NATO ölkələri bu mənfi tendensiyanın qarşısını almaq üçün birgə addımlar atmalıdır.
17:53 02.05.2026
Oxunuş sayı: 52