Səudiyyə Ərəbistanı Qarabağ layihələrində iştirak imkanlarını araşdırır
Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh Əl-Cüteyli bildirib ki, ölkəsi Qarabağda infrastruktur layihələrində iştirak imkanlarını araşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının həm dövlət, həm də özəl şirkətləri Azərbaycanda, xüsusilə Qarabağda turizm, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərməyə maraq göstərir.
Səfir qeyd edib ki, bu istiqamətdə Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq davam etdirilir.
17:07 02.05.2026
Oxunuş sayı: 46