Yəmən sahillərində şübhəli insident baş verib
Yəmənə yaxın sularda yük gəmisinə şübhəli yaxınlaşma ilə bağlı hadisə qeydə alınıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzinin (UKMTO) məlumatına görə, insident əl-Mükəlla limanının cənub-qərbində, təxminən 84 dəniz mili məsafədə baş verib.
Məlumata əsasən, yaşıl gövdəli sürətli qayıq və ağ rəngli balıqçı gəmisi yük gəmisinə təxminən 500 metrədək yaxınlaşıb. Gəminin kapitanı bu hərəkəti şübhəli kimi qiymətləndirib.
Hadisə ilə bağlı əlavə təhlükəsizlik tədbirlərinin görülüb-görülmədiyi barədə məlumat verilməyib.
17:00 02.05.2026
Oxunuş sayı: 47