Misir və ABŞ rəsmiləri bu məsələni müzakirə etdi
Misir və ABŞ rəsmiləri İranla aparılan danışıqları və regiondakı son prosesləri müzakirə ediblər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Misirin xarici işlər naziri Bədr Əbdülati ilə ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkof arasında telefon danışığı baş tutub.
Danışıq zamanı İranın yenilənmiş təklifləri fonunda Vaşinqton və Tehran arasında aparılan danışıqlardakı son inkişaflar diqqət mərkəzində olub. Tərəflər eyni zamanda Yaxın Şərq regionunda baş verən son hadisələr barədə fikir mübadiləsi aparıblar.
Bədr Əbdülati ABŞ–İran dialoqunun dəstəklənməsinin vacibliyini vurğulayıb və münaqişələrin diplomatik yollarla həlli üçün səylərin gücləndirilməsinə çağırış edib.
16:30 02.05.2026
Oxunuş sayı: 50