KİV: İranı zəiflətmək üçün daxili parçalanma strategiyası istifadə edilir
İranla bağlı yeni strategiya irəli sürülüb.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumat Council on Foreign Relations platformasında dərc olunub.
Məqalənin müəllifi, qurumun Yaxın Şərq üzrə baş elmi işçisi Ed Hüseyn bildirib ki, təkcə hərbi təzyiq İranın dini hakimiyyət ideologiyasını zəiflətmək üçün kifayət etmir və Qərb daha uzunmüddətli yanaşma formalaşdırmalıdır.
Onun sözlərinə görə, İran 1979-cu ildən sonra “müqavimət oxu” siyasəti çərçivəsində regionda sünni və şiə icmaları arasında parçalanma yaradaraq təsirini genişləndirib. Müəllif hesab edir ki, ABŞ və müttəfiqləri buna cavab olaraq İranın daxili etnik və siyasi bölünmələrindən istifadə etməklə Tehranın mövqelərini zəiflədə bilər.
Məqalədə qeyd olunur ki, İran etnik və mədəni baxımdan müxtəlif ölkədir və əhalinin əhəmiyyətli hissəsi qeyri-fars qruplardan ibarətdir. Bu baxımdan, Azərbaycan türkləri, ərəblər, bəluclar, kürdlər, lorlar və digər etnik qruplarla daha fəal əlaqələrin mümkün olduğu vurğulanır.
Ed Hüseynin fikrincə, məqsəd İranı “ayətullahdan sonrakı dövrə” hazırlamaq və daha çevik idarəetmə modelinə yönləndirməkdir. Məqalədə İranın gələcəyi ilə bağlı fərqli idarəçilik modellərinin də müzakirə oluna biləcəyi qeyd edilir.
16:22 02.05.2026
Oxunuş sayı: 62