ABŞ Ukraynaya yardımı tamamilə dayandırır
ABŞ prezidenti Donald Tramp 2027-ci il ABŞ Büdcə Sorğusundan Ukraynaya hərbi yardımı çıxardı.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Senat dinləmələrində açıqlanıb ki, büdcə sorğusuna ABŞ Müharibə Nazirliyinin(Pentaqon) Ukrayna Silahlı Qüvvələri üçün silah aldığı USAI proqramının maliyyələşdirilməsi daxil deyil.
Son qərar hələ də Konqresdə gözlənilir və sənəd payızda təsdiqlənməzdən əvvəl dəyişdirilə bilər.
Əgər heç bir dəyişiklik edilməzsə, 2027-ci il 2016-cı ildən bəri bu proqram çərçivəsində Ukraynaya birbaşa hərbi yardım göstərilməyən ilk il olacaq.
18:30 01.05.2026
Oxunuş sayı: 47