Rusiya aprel ayında Ukraynaya rekord sayda dron buraxıb
Rusiya aprel ayında Ukraynaya rekord sayda- 6583 uzunmənzilli dron buraxıb.
Crossmedia.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Mart ayı ilə müqayisədə buraxılışların sayı 2% artıb.
Eyni zamanda, Rusiya daha çox gündüz zərbələri endirməyə başlayıb ki, bu da mülki əhali arasında itkilərin artmasına cəhd kimi qiymətləndirilir.
Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, aprel ayında bütün hədəflərin təxminən 88%-i vurulub.
18:13 01.05.2026
Oxunuş sayı: 40