Aİ Fikonun Putinlə danışıqlarının detalları ilə maraqlanır
Avropa İttifaqı Slovakiyanın baş naziri Robert Fikonun Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi danışıqların təfərrüatları ilə maraqlanıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Fiko bildirib ki, Putinlə görüşlərinə görə tez-tez tənqid olunsa da, görüşdən sonra Brüsseldə ondan danışıqların detalları barədə suallar verilib.
“Mən Putinlə görüşürəm və hamı tənqid edir. Amma geri qayıdanda Brüsseldə hamı məndən onun nə dediyini soruşur”, – deyə baş nazir qeyd edib.
O, həmçinin Brüsselin bu halda niyə Moskva ilə birbaşa dialoq aparmadığını sual edib.
18:03 01.05.2026
Oxunuş sayı: 48