Kaladze Aİ-ni ittiham etdi: Gürcüstanı təhdid edirlər
Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının nümayəndəsi, Tbilisi meri Kaxa Kaladze Avropa İttifaqının Gürcüstanı təhdid etdiyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, Kaladzenin sözlərinə görə, Aİ-nin təzyiqləri Gürcüstanın sülh siyasəti seçməsi ilə bağlıdır və hökumət ölkə iqtisadiyyatına zərər verə biləcək sanksiyalara qoşulmaqdan imtina edib.
“İqtisadiyyatımız üçün dağıdıcı nəticələr doğuracağı əvvəldən bəlli olan Rusiya əleyhinə sanksiyalara niyə qoşulmalıyıq? Bu, ailələrimiz üçün ağır yük olar”, – deyə o qeyd edib.
Kaladze, həmçinin “ikinci cəbhə”nin açılmasının qəbuledilməz olduğunu vurğulayaraq, bunun Gürcüstan üçün fəlakətli nəticələr doğura biləcəyini bildirib.
17:35 01.05.2026
Oxunuş sayı: 41