Fransa XİN suverenlik bəyanatına aydınlıq gətirdi
Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Paskal Konfavroya prezident Emmanuel Makronun Afinada səsləndirdiyi “suverenliyiniz təhlükəyə düşərsə, yanınızda olacağıq” bəyanatına aydınlıq gətirib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Sözçü bildirib ki, həmin açıqlama Avropa ölkəsinə qarşı mümkün hücumla bağlı sual çərçivəsində verilib və Fransanın mövqeyi bütün müttəfiqlər üçün eynidir.
O qeyd edib ki, bu bəyanat heç bir konkret ölkəni hədəf almır və ümumi prinsip xarakteri daşıyır.
17:20 01.05.2026
Oxunuş sayı: 47