Bəqayi ABŞ əməliyyatını tənqid etdi
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ Dövlət Departamentinin ölkənin hərbi əməliyyatlarını “özünümüdafiə” kimi təqdim etməsinə sərt reaksiya verib.
Crossmedia.az xəbər verir ki, o, “X” platformasında bildirib ki, İran tərəfindən ABŞ-yə qarşı heç bir silahlı hücum baş verməyib və bu səbəbdən “özünümüdafiə” iddiası əsassızdır.
Bəqayi qeyd edib: “İrandan "özünümüdafiə" ni əsaslandıracaq hər hansı hücum olmayıb. Deməli, bu, özünümüdafiə deyil, İran xalqına qarşı təcavüz aktıdır.”
İran rəsmisi həmçinin ABŞ-nin həyata keçirdiyi əməliyyatın beynəlxalq hüquqa zidd olduğunu vurğulayıb.
16:36 01.05.2026
Oxunuş sayı: 51