Slovakiyanın baş naziri zavodda gecə növbəsində işləyib
Slovakiyanın Baş naziri Robert Fico mayın 1-i ərəfəsində Banovce nad Bebravou şəhərində yerləşən çörək zavodunda gecə növbəsində yükləyici kimi çalışıb.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Məlumata görə, o, sürücülərin işini asanlaşdırmaq məqsədilə Trençín bölgəsində çörək məhsullarının çatdırılmasına kömək edəcəyini bildirib.
Hadisə ölkədə maraqla qarşılanıb və sosial mediada geniş müzakirələrə səbəb olub.
12:00 01.05.2026
Oxunuş sayı: 45