Türkiyə MN Fransa və Yunanıstana xəbərdarlıq edib
Türkiyənin Milli Müdafiə Nazirliyi bəzi Avropa rəsmilərinin Türkiyəni hədəf alan son açıqlamalarının diqqətlə izlənildiyini vurğulayıb.
Crossmedia.az "TRT xəbər" istinadən xəbər verir.
"Türkiyənin regional rolu və Avropa təhlükəsizlik arxitekturasındakı mövqeyi ilə bağlı açıqlamalar müttəfiqlik və həmrəylik prinsipləri ilə uyğun gəlmir. Bundan əlavə, NATO üzvləri olan Fransa və Yunanıstanın müxtəlif ssenarilərə əsaslanaraq verdiyi açıqlamalar gərginliyi artırır və regional sülhə və sabitliyə zərər vurma riskini yaradır.
Hər kəsə xatırladırıq ki, bölgəmizdə cəhd edilən hər hansı bir hərbi ittifaqın Türkiyəyə qarşı uğur şansı yoxdur. Nazirimizin əvvəllər də qeyd etdiyi kimi, qarşıdakı dövrdə təhlükəsizlik və sabitliyin təhlükə altında olduğu hər bir vəziyyətdə Türkiyənin yanında olanlar qalib gələcək, ona qarşı çıxanlar yox."
22:54 30.04.2026
Oxunuş sayı: 52