Məşhur aktyorların rol aldığı yeni romantik komediya filminin treyneri yayımlanıb
Netflix Cennifer Lopez və Brett Goldstein rol aldığı yeni romantik komediya "Ofis Romantikası"nın rəsmi treylerini yayımladı.
Crossmedia.az bu barədə UNİAN-a istinadən xəbər verir.
Treylerin təsvirində deyilir: "Karyera üçün təhlükə yaradan romantik komediya... amma riskə dəyər".
Filmin yaradıcıları vurğulayıblar ki, bu romantik komediya gizli ofis romantikasının və "ürəkləri ilə düşünməyə" başlayan bir işçi cütlüyün çətinliklərinin hekayəsini danışır.
Lopezin sərt bir şirkət rəhbəri, Goldstein isə yeni bir işçi rolunu oynayacağı məlumdur.
Ofis münasibətlərinə qoyulan qadağa fonunda, demək olar ki, dərhal aralarında romantik münasibətlər yaranır.
Bu, iş və hisslər arasında münaqişə olan klassik romantik komediyadır.
Filmin rejissoru Ol Parkerdir . Filmin iyunun 5-i 2026-cı ildə nümayişi planlaşdırılır.
05:50 01.05.2026
Oxunuş sayı: 56