Əraqçi: Hörmüz boğazı ilə bağlı iddialar qəbulolunmazdır
İranın xarici işlər naziri Abbas Əraqçi Hörmüz boğazının “Tramp boğazı” adlandırılması ilə bağlı iddialara münasibət bildirib. O qeyd edib ki, İran bu gün Fars körfəzi gününü qeyd edir və bu tarix 400 il əvvəl portuqalların Hörmüz boğazı bölgəsindən çıxarılması ilə bağlı hadisələrin xatirəsinə təsadüf edir.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Əraqçi vurğulayıb ki, ABŞ Pentaqonun təhrif olunmuş versiyasından deyil, düzgün “Fars körfəzi” ifadəsindən istifadə etməlidir. O əlavə edib ki, Hörmüz boğazının başqa adla adlandırılması ciddi səhvdir və bu kimi yanaşmalar qəbulolunmazdır.

18:10 30.04.2026
Oxunuş sayı: 38