Peskov AÇIQLADI: Rusiya Ukrayna ilə bağlı hədəflərinə çatmağı əsas şərt kimi görür
Kreml sözçüsü Dmitri Peskov Ukrayna ilə bağlı proseslərə dair yeni açıqlama verib. O bildirib ki, Rusiya Ukrayna Prezidenti Volodimir Zelenski üzərində təsir imkanlarını yalnız hərbi və siyasi məqsədlərin reallaşması kontekstində dəyərləndirə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Peskovun sözlərinə görə, Moskva mövqeyində dəyişiklik yoxdur və prioritet “Birləşmiş Hərbi Şura” çərçivəsində qarşıya qoyulan hədəflərə çatmaqdır.
Kreml nümayəndəsi əlavə edib ki, hazırkı mərhələdə Rusiya tərəfi Ukraynadakı vəziyyətin inkişafını bu strateji məqsədlərlə əlaqələndirir və proseslərin nəticəsi məhz həmin hədəflərin icrasından asılı olacaq.
17:45 30.04.2026
Oxunuş sayı: 53