Avropa İttifaqında gərginlik: Ukrayna ilə bağlı sərt tələb irəli sürüldü
Macarıstanın gələcək baş naziri Peter Magyar Ukraynanın Avropa İttifaqına üzvlük danışıqlarının başlanmasına dəstək verilməzdən əvvəl Ukraynadakı macar azlığının hüquqlarının genişləndirilməsini tələb edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, Magyar bu mövqeyi Aİ Şurasının rəhbəri Antonio Koşta ilə görüşdə səsləndirib və Macarıstanın hazırkı baş naziri Viktor Orbanın mövqeyinə qismən uyğun tələblər irəli sürüb.
Tələblər əsasən Ukraynadakı macar icmasının ana dilində təhsil hüquqlarının genişləndirilməsi ilə bağlı olub.
Məlumata görə, bu mövqe Kiyev və Brüsseldə narahatlıq yaradıb, çünki Orbanın siyasi təsirinin azalmasının Ukraynanın Aİ-yə üzvlük prosesini asanlaşdıracağı gözlənilirdi.
17:17 30.04.2026
Oxunuş sayı: 49