Paşinyan: Azərbaycanla ticarət əlaqələrində yeni mərhələ başlayır
Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycan arasında iqtisadi əlaqələrlə bağlı yeni açıqlama verib. O bildirib ki, artıq hər iki ölkədən olan iş adamları birbaşa şəkildə əməkdaşlıq edə və ticarət əlaqələrini inkişaf etdirə bilərlər.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Paşinyanın sözlərinə görə, Azərbaycan və Ermənistan arasında ixrac olunan malların çeşidinin genişləndirilməsi də mümkün istiqamətlərdən biridir.
Baş nazir, qeyd edib ki, bu addımlar iqtisadi münasibətlərin normallaşmasına və qarşılıqlı ticarət əlaqələrinin daha da güclənməsinə töhfə verə bilər.
17:02 30.04.2026
Oxunuş sayı: 43