Dron təhlükəsi şəhəri iflic etdi – Hava limanı bağlandı, məktəblər təxliyə olundu
Rusiyanın Perm şəhərində artıq ikinci gündür ki, dron təhlükəsi davam edir. Şəhərdə üç dəfə hava həyəcanı siqnalı verilib.
Crossmedia.az xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb.
Məlumata əsasən, təhlükəsizlik səbəbilə bir sıra məktəblər təxliyə edilib, Perm hava limanının fəaliyyəti isə müvəqqəti dayandırılıb. Yerli hakimiyyət orqanları sakinləri təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.
15:58 30.04.2026
Oxunuş sayı: 43