ABŞ Hörmüz boğazı üçün beynəlxalq koalisiya yaradır
ABŞ Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidini təmin etmək məqsədilə yeni beynəlxalq koalisiya formalaşdırmaq üçün müxtəlif ölkələrlə danışıqlara başlayıb.
Crossmedia.az bu barədə "The Wall Street Journal"a istinadən xəbər verir.
ABŞ Dövlət Departamentinin bu təşəbbüslə bağlı ABŞ səfirliklərinə göstəriş göndərdiyi və diplomatlara xarici hökumətləri koalisiyaya qoşulmağa razı salmaq tapşırığı verdiyi bildirilir.
Məlumata əsasən, koalisiyanın əsas məqsədi iştirakçı ölkələr arasında məlumat mübadiləsini gücləndirmək, diplomatik koordinasiyanı artırmaq və sanksiya siyasətində əməkdaşlığı genişləndirməkdir. Planın Hörmüz boğazında artan gərginlik və təhlükəsizlik riskləri fonunda irəli sürüldüyü qeyd olunur.
11:14 30.04.2026
Oxunuş sayı: 44